Lavrov: "Cozef Baydenin dövründə ABŞ-la cari problemlər çətin ki həll olunsun"

DÜNYA 12 fev 2021, 14:05
“Cozef Baydenin prezidentliyi dövründə ABŞ və Rusiya çoxsaylı cari problemlər üzrə çətin ki razılıq əldə etsin”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva və Vaşinqton strateji sabitliklə bağlı danışıqları davam etdirəcəklər. S.Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə fevralda olan ilk danışığını normal keçdiyini söyləyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top