Novruz tətilindən sonra dərslər dayandırılır? — RƏSMİ AÇIQLAMA

SOSİAL 12 fev 2021, 12:21
Mart ayında dərslər yenidən dayandırılacaq.

Bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında məlumatlar yayılır. Söz-söhbət gəzir ki, mart ayının sonunda, Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.

Demokrat.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov baku.ws-ə açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur.

“Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir.

Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”, - deyə Cəsarət Valehov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top