Əli Məsimli: "Bu, hələ son deyil, digər xərclər də qalxacaq"

GÜNDƏM 12 fev 2021, 11:58
“Azərbaycan koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyub”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bunun üçün Milli Məclisdə ölkədə koronavirusla bağlı vəziyyətə dair dinləmə keçirilməsi çox yerindədir: “Bu böyük tədbirin praktiki əhəmiyyətini artırmaq üçün qaldırılan məsələlər həllini tapmalıdır. Pulsuz testlərin istifadə dairəsinin genişləndirilməsi, pullu testlərin qiymətlərini 2-3 dəfə endirilməsi həll olunmalıdır. İkinci olaraq, pensiyaların artması müsbət hadisədir. Ancaq bununla paralel qiymətlər də artır. Bunun qarşısı alınmalıdır. Dövlət strukturu olan “Azərsu” da qiymətləri iki dəfə qaldırıb. Bu, hələ son deyil. Digər xərclər də qalxacaq. Bu, aşağı təbəqə insanların həyatını daha da çətinləşdirəcək. Bu təşkilatların təsərrüfatsızlığının əvəzini Azərbaycan xalqı ödəməməlidir. Bunlarla bağlı tədbirlər görülməlidir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top