AMEA-dan Ramiz Mehdiyevin deputatları məhkəməyə verməsi xəbərilə bağlı AÇIQLAMA

GÜNDƏM 11 fev 2021, 15:26
AMEA Ramiz Mehdiyevin deputaları məhkəməyə verməsi haqda yayılan xəbərlə bağlı açıqlama yayıb.

Demokrat.az həmin açıqlamanı təqdim edir:

"Bu gün bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bir qrup deputatı məhkəməyə verdiyinə dair əsassız məlumatlar yayılmışdır. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu xəbər həqiqəti qətiyyən əks etdirmir və akademik Ramiz Mehdiyev heç bir millət vəkili ilə bağlı məhkəməyə müraciət etməyib. Bir daha xatırlatmaq istəyirik ki, AMEA prezidenti hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır.

Bir daha ölkə KİV-lərini əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. KİV redaktorları öz oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını yalan məlumatlarla almamalıdırlar". 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top