Vəkillər Kollegiyasına yeni bina veriləcək

SOSİAL 08 fev 2021, 17:16
“Vəkillər Kollegiyasının Rəyasət Heyəti üçün Bakı şəhərində binanın ayrılması məqsədilə aidiyyəti dövlət qurumlarına son 3 il ərzində çox sayda müraciətlər göndərilib, danışıqlar aparılıb”.

Demokrat.az
xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, indiyədək təklif olunan yerlər obyektiv səbəblərdən Rəyasət Heyətini əsasən qane etməyib: “Hazırda Nazirlər Kabineti tərəfindən bu problemin tezliklə həlli üçün zəruri tədbirlər görülür. İnanıram ki, tez zamanda Vəkillər Kollegiyası Bakı şəhərində normal fəaliyyəti üçün bütün vəkillərin evi sayılacaq müasir tələblərə cavab verən mərkəzi ofis binası ilə təmin olunacaq”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top