Rəsul Quliyev: "Qartalmış köhnə kadrlardan təmizlənmə prosesi total şəkildə həyata keçirilsə…"

DAXİLİ SİYASƏT 08 fev 2021, 11:52
"Keçmiş kadrların törətdikləri cinayətlərin araşdırılması və aparılan yeni kadr siyasəti ölkənin yeni fundamental reformaların astanasında olduğundan xəbər verir. Özlərinin mənafeyindən başqa əlindən heç bir iş gəlməyən qartalmış köhnə kadrlardan təmizlənmə prosesi total şəkildə həyata keçirilsə, çox uğurlu nəticələr verəcək".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan sabiq spikeri Rəsul Quliyev deyib.

O bildirib ki, ilk növbədə təhlükəsizlik şurası adlanan təşkilat təcili sürətdə təmizlənməlidir: "Təhlükəsizlik şurasının üzvülərinin gizli sənədlərlə tanış olmaq hüquqları vardır. Bu günkü təhlükəsizlik şurasının üzvülərinin bir çoxunu belə sənədlərə yaxın buraxmaq olmaz. Köhnə kadrlar gənc nəsillə əvəz edilməlidir. Bu tək yuxarı vəzifədə olanlara aid olmamalıdır. Məktəb direktorundan tutmuş təhsil nazirinə qədər. Kənd polisindən tutmuş DİN-ə qədər. Kənd liderindən tutmuş icra başçılarına qədər və sairə. Bu siyasət Azərbaycanın gələcək inkişafı üçün çox mühüm baza ola bilər. Azad olmuş torpaqların bərpası ərəfəsində bu siyasətin çox böyük əhəmiyyəti olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top