Azərbaycanda faciə: bir ailənin 3 üzvü həyatını itirdi — YENİLƏNİB

HADİSƏ 07 fev 2021, 10:38
Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə "Report"un Qərb bürosu xəbər verir.

Məlumata görə, rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Seymur Əhmədov, anası 1971-ci il təvəllüdlü Rahilə Əhmədova və qadının nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova ölüb.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

***
Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top