İrandan gözlənilməz açıqlama: ABŞ-ın bu qərarını dəstəkləyirik

SİYASƏT 07 fev 2021, 00:25
İran ABŞ rəhbərliyinin Yəmənlə bağlı qərarını məmnuniyyətlə qarşılayıb.

Demokrat.az
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“Səudiyyə Ərəbistanı koalisiyasına verilən dəstək və silah satışını dayandırmaqla bağlı qərar siyasi manevr deyilsə, keçmişdəki səhvləri düzəltmək üçün bir addım ola bilər. Sözügedən qərar Yəmən böhranına son qoymaq üçün yetərli olmayacaq. Ancaq İran beynəlxalq ictimaiyyətin Yəməni dəstəkləməklə bağlı bütün səylərini alqışlayır”, – XİN rəsmisi bildirib.

Digər ölkələrə də Ər-Riyada verilən dəstəyin kəsilməsi üçün çağırış edən Xətibzadə bildirib ki, Səudiyyə Ərəbistanı liderliyindəki dövlətlər hücumlarını dayandırmalıdır.

Qeyd edək ki, Bayden ABŞ-ın Yəməndəki savaşda ərəb koalisiyasına dəstək verməkdən imtina etdiyini bəyan edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top