Elman Nəsirov: “Ermənistanda saray çevilişinin olması mümkündür”

MÜSAHİBƏ 06 fev 2021, 23:42
Milli Məclisin deputatı Elman Nəsirovun sualları cavablandırıb.

Demokrat.az onunla müsahibəsini təqdim edir:

- Elman müəllim, Xankəndinə ermənilərin köç prosesinin davam etdiyi günlərdə erməni mətbuatı azərbaycanlıların da bu şəhərdə yerləşdirilməsi ilə bağlı xəbərlər yayır. Qarşı tərəfin narahatlığına səbəb nədir?


- Ötən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatda kommunikasiyaların açılması, əlaqələrin qurulması, köçkünlərin geri qayıtması kimi məsələlər də öz əskini tapıb. Qarşılıqlı şəkildə bu həyata keçirilməlidir. Cənab Prezident də bu məsələ ilə bağlı erməni tərəfinin şişirdilmiş rəqəmlər təqdim etməsinə ehtiyacın olmadığını qeyd edib. Məlumdur ki, maksimum 60-65 min erməni bu ərazilərdə yaşayıb. Orada bu saydan artıq erməni olmayıb. 12-15 minə yaxın azərbaycanlının Xankəndinə yaşaması ilə bağlı da rəqəmlər səslənir. Amma atılacaq addımlar Azərbaycan tərəfindən ardıcıl və sistemli qurulacaq. İlk növbədə ərazilərin minalardan təmizlənməsi prosesi yükunlaşmalıdır. Davamında ekspertlərin iştirakı ilə Ermənistanın 30 ildə burada apardığı dağıntıların miqyası hesablanacaq. Bunun ardınca yubanmadan infrastrukturun bərpası nəzərdə tutulur. Bundan sonra keçmiş köçkünlərin geri qayıtması həyata keçiriləcək. Rusiya Ermənistan tərəfi də yaxşı bilir ki, Xankəndinə 12-15 min arasında azərbaycanlı köçməlidir.

- Erməni tərəfinin bu məsələlər ətrafında gərginlik yaradacaq hərəkətlərini necə izah etmək olar?

- Azərbaycanın 7 rayonu Ermənistan tərəfindən dağıdılıb. Şuşada hazırda Azərbaycan hərbiçiləri dayanır. Buraya əhali köçməyib. Belə olan halda 12-15 min azərbaycanlının Xankəndinə yerləşdirilməsi nə dərəcədə məntiqlidir? 

Sözsüz ki, bunun zamana ehtiyacı var. Eyni zamanda ermənilər 30 il ərazində orada hər şeyi mənimsəyib. 12 min azərbaycanlının Xankəndində qayıtması üçün mütləq ki, yaşayış təmin edilməlidir. Ona görə də, hər şeyin zamana ehiyacı var. Amma həqiqət odur ki, azərbaycanlılar Xankəndinə köçürüləcək. Şuşaya da azərbaycanlılar qayıtmayıb. 

Hazırda orada bərpa, hazırlıq işləri gedir. 7 rayonun bərpa prosesi də mərhələli davam edəcək. Bütün bunlar olmadan 50 min ermənidən sonra 12 min azərbaycanlının da Xankəndinə köçürülməsi üçün infrastruktur və təhlükəsizlik baxımından vacib addımlar atılmalıdır. Ermənilər həmin ərazidə azərbaycanlılara məxsus evləri də ələ keçirib. Ona görə də ən önəmli məsələ proseslərin ardıcıllığıdır. Azərbaycanlılar da mütləq ki, Xankəndində yaşayacaqlar. Tam təhlükəsizlik təmin edildikdən sonra azərbaycanlılar Xankəndindəki evlərinə qayıdacaq.

- Qazax istiqamətində erməni təxribatını təsadüf hesab etmək olarmı?

- Bu birbaşa Ermənistan tərəfindən həyata keçirilən bir təxribatdır. Bunu başqa adı yoxdur. 10 noyabr razılaşması Qazaxda 7 kəndin, Naxçıvanda olan kəndin işğaldan azad olunmasını özündə ehtiva edib. Bəyanata əsasən işğalda Azərbaycanın bir qarışda torpağı qalmamalıdır. Bu razılaşdırılıb. Prosesdə süni əngəllər yaratmaq, maneə olmaq kimi cəhdlər edilir. Ermənistan da hazırda hakimiyyət yekdil deyil. Orada hakimiyyət bu gün çox zəifdir. Paşinyanın verdiyi qərarlar belə icra olunmur. Artıq erməni mətbuatı yazır Paşinyan yeni xarici işlər nazirini yaxın günlərdə vəzifədən uzaqlaşdıracaq. Eyni halın müdafiə naziri ilə bağlı da yaşanacağı gözlənilir. Ermənistanda kimlər ki, yeni reallığı qiymətləndirmək istəmir, Paşinyan komandasında olsalar belə revanşist düşüncəsi ilə yaşayırlar. Baş nazir öz komandası içərisində ən yaxşısı elə özüdür. Bütün vəziyyətin içindədir. O prosesi yaxşı dərk edir. Revanşist düşüncələrə qapılmağın heç bir mənası yoxdur. Cənab Prezident İlham Əliyev vurğulayıb ki, Köçəryan, Sarkisyan ordusu məhv edilib. Paşinyanın komandasında da kimlərsə, populizmə qapılaraq məsuliyyətsiz bəyanatlar verir.

- Xankəndində olan erməni silahları Ermənistana daşınır və paralel olaraq baş nazir Qazaxıstana səfər edib. Hadisələr arasında hansısa bir paralellik aparmaq mümkündürmü?

- Hazırda Paşinyan bu reallıqların içindədir. Əks halda o, 10 noyabr kaputuliyasiya aktına imza atmazdı. Baş nazir ona görə, sənədə imza atdı ki, ordusunu məhv olduğunu görürdü. Müharibənin davam etməsi Ermənistanın sonu olacaqdı. Hazırda qondarma rejimin tör-töküntüləri ərazilərdən çıxarılır. Erməni müdafiə naziri də suallardan yayınıb. İçlərində revanşist duyğuları olsa da real güclərinin olmadığnın bilirlər. Belə məqamda Paşinyanın Qazaxıstana səfəri də diqqət çəkir. Qazaxıstan türkdilli dövlətdir. Bu ölkə münaqişə ilə bağlı məsələdə Azərbaycanın haqqlı mövqeyini müdafiə edib. Xüsusilə də, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ən yüksək kürsülərdə Azərbaycanın haqq işini müdafiə edib. O zamanlara da vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Paşinyan Qazaxıstana səfər etməklə öz mənafeyinə və Ermənistanın xeyrinə nəyəsə nail olması mümkün deyil. Onun iki yolu var. Ya konfrantansiya yolunu davam etməlidir. Bu artıq intihar edeməkdir. Azərbaycanın təklif etdiyi ikinci yol isə əməkdaşlıq mühiti Ermənistan üçün daha səmərəli ola bilər. Paşinyan Qazaxıstana səfərində əməkdaşlığa meyilli olduğunu göstərəcək.
 
- Müharibənin gedişində İrəvanda bunkerdə erməni generalların üstünə qısqıran Anna Akopyan xarici tura çıxıb. Ölkəsi üçün siyasi və maddi dividentlər əldə edəcəyi söyləntiləri var....

- Anna Akopyan Ermənistanın siyasi seqmentində çox kiçik bir fiqurdur. Onun cəmiyyətdə nüfuzu çox aşağıdır. İrəli sürdüyü ideyalar Ermənistanda gülüş hədəfinə çevrilib. Vaxtilə qadınlardan ibarət silahlı birlik yaradıb Azərbaycana qarşı döyüşəcəyini bildirirdi. Onun bu davranışları isə Ermənistan üçün əlavə problemlər yaratdı. Hazırkı halda onu xarici səfərləri ona ünvanlanıb ki, özünün və övladlarının təhlükəsizliyini təmin etsin. Ermənistanda qalmaq övladları və özü üçün təhlükədir. İstənilən halda Ermənistanda da saray çevilişinin olması mümkündür. 

Eyni zamanda o belə bir səfərlər etməklə guya siyasi fəallıq fonu yaradır. Bu isə reallıqda mümkün deyil. Bir şeyi ki, Paşinyan edə bilmədi Akopyanın nəsə edəcəyini gözləmək saman çöpündən yapışmaq kimi bir şeydir. Anna indi xaricdə erməni lobbi, diaspor nümayəndələri görüşür otel və digər xərclərini də onların boynuna qoyur.(Teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top