Türkiyə hərbçiləri kəndlilərə hücum edən terroçuları zərərsizləşdirdi

DÜNYA 06 fev 2021, 22:09
Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, terrorçu PKK/YPG-PYD üzvləri Suriyanın Azez bölgəsində zeytun toplayan kəndlilərə hücum edib. Türkiyə komandosları onlara atəş açmaqla cavab verib. Nəticədə hücum edən terrorçulardan üçü məhv edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top