Azərbaycandakı xarici diplomatlar Cəbrayıl şəhərindədir

QARABAĞ 06 fev 2021, 12:27
Bu gün Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayılın Cocuq Mərcanlı kəndindən Cəbrayıl şəhərinə yola düşüblər.

“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar hazırda Cəbrayıl şəhərindədirlər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara şəhərlə bağlı geniş məlumat verib.

Diplomatlar Cəbrayıldakı qəbiristanlıq, mədəniyyət evi və oradakı bütün dağıntı ilə tanış olurlar. Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yollanacaqlar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top