Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi

QARABAĞ 06 fev 2021, 00:03
Zəngəzurun Xinzirək (Nerkin Xndzoresk) kəndi istiqamətində bəzi kəndlər Azərbaycanın nəzarətinə keçib.

Demokrat.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Kənd icma rəhbəri Yervand Maluntsun sözlərinə görə, fevralın 4-də Ermənistan silahlı bölmələri bəzi mövqelərdən geri çəkiliblər və həmin mövqelərə azərbaycanlılar gəlib.

Malunts bildirib ki, hazırda kənd evləri ilə Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə cəmi bir neçə yüz metrdir.

Qeyd edək ki, Xinzirək işğaldan azad edilən Qubadlı rayonu ilə sərhəddə yerləşir. Bundan əvvəl sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində Zəngəzurun Şurnuxu kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib./“Qafqazinfo”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top