Samir Şərifov: "Qlobal tənəzzülün ölkəmizdə kəskinləşməsi önlənib"


İQTİSADİYYAT 05 fev 2021, 20:00
"Bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib. Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin, görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb"

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Samir Şərifov rəhbərlik etdiyi qurumda keçirilmiş 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, ölkədə yaranmış yeni iqtisadi reallıqlar operativ təhlil edilərək 2020-ci ilin iyul ayında dövlət büdcəsinə yenidən baxılıb, bəzi büdcə gəlirləri üzrə daxilolmalar dəqiqləşdirilib, prioritet kəsb etməyən xərclər ixtisar edilib, bir sıra zəruri sahələrin xərcləri isə artırılıb. Hesabat ilində Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən ölkənin səhiyyə sisteminin artan tələblərinin qarşılaması, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, eyni zamanda, Silahlı Qüvvələrimizin müdafiə potensialının gücləndirilməsi və maddi-texniki təminatı ilə bağlı xərclər tam şəkildə maliyyələşdirilib.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top