Ekspert: "Ətin qiymətində bahalaşma gözləyirik"

SOSİAL 05 fev 2021, 16:12
2020-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Təxminən bir ilə yaxındır ki toy və yas mərasimləri keçirilmir. Uzun müddət də restoranlar işləmədi. Amma ətin qiymətində ucuzluq müşahidə olunmadı. Bunun səbəbi nədir?

"Ətin qiymətində ancaq bahalaşma gözləyirik. Çünki biz Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Bu tendensiya davam edir".

Demokrat.az xəbər verir ki, bunu Bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Ekspert ətin qiymətinin ucuzlaşmamasının əsas səbəbi kimi örüş sahələrinin pambıqçılıq və başqa əkin sahələrinə çevrilməsində görür: “Fermerlər dəfələrlə bizə müraciət edib otlaq sahələrinin əkin sahələrinə çevrilməsinin tələb olunduğunu bildiriblər. Otlaq sahələrin azaldığı üçün heyvanların sayı azaldı.

Eləcə də, xaricdən, xüsusən Gürcüstan və Dağıstandan gətirilən heyvanların sayında xeyli azalma var. Bu problemi həll etmək üçün rüsumlar ləğv edilməli və ya azaldılmalıdır.

Onu da bildirim ki pandemiya dövründə regionlardan Bakıya ətin gətirilməsində çətinliklər oldu. Ona görə də tələb təklifi üstələdiyi üçün kiçik və iri buynuzlu heyvan ətlərinin bahalaşdığını gördük. Belə olan halda bazara it ətləri də daxil olur. 3 gün öncə də polis əməkdaşkarı it əti satan şəxsi ifşa edərək məsuliyyətə cəlb etdi”.

Supermarketlərdə ətin qiymət artımına toxunan ekspert bildirib ki, buna səbəb sahibkarın istehsalçılardan qeyri-qanuni tələbinin olmasıdır: “Supermarketlər istehsalçılarla və mal gətirənlərlə qeyri-qanuni iş aparırlar. Marketdə əti yerləşdirmək üçün onlardan izafi xərclər alırlar. İzafi xərclər heç bir sənəddə göstərilmir. İzafi xərcləri isə ətin qiymətinə əlavə edirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top