Mənzildən yaşlı qadının meyiti tapıldı

HADİSƏ 04 fev 2021, 23:38
Gəncədə evdən 81 yaşlı qadının meyiti aşkarlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mirzoyeva Anna Fyodor qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top