Tanınmış jurnalist internetinin kəsilməsi ilə bağlı “Ailə TV”-dən şikayət etdi

SOSİAL 21 noyabr 2018, 20:20

Tanınmış jurnalist Anar Tağıyev “Ailə TV”-nin internet xidmətinin aşağı səviyyədə olmasından şikayətçidir. 


Anar Tağıyev Demokrat.Az-a bildirib ki, artıq 3 gündür yaşadığı Hövsan qəsəbəsi, bina 21, mənzil 44-də internet problemi yaranıb.


Jurnalist bununla bağlı provayderin aidiyyatı şəxslərinə dəfələrlə müraciət etdiyini söyləyib:


"Amma hələ də heç bir nəticə yoxdur. “Gələcəyik”  desələr də, süründürməçilik və diqqətsizlik davam edir. Günlərlə internetsiz qalırıq. Ən biabırçı hal odur ki, müraciət etsən belə nə gələn var, nə də maraqlanan. Mən hər ay 11 manat internet pulu ödəyirəm ki, limitsiz internet təminatım olsun. Bu pullar hara gedir? Ödənişi 1 saat gecikdirən kimi, xətt bağlanır. Yaxşı, əgər elədirsə, zəhmət çəkib fasiləsiz internet xidmətini qaydasında yerinə yetirsinlər, bizim cibimizə girməsinlər”.

 

Görüntünün olası içeriği: Anar Tagıyev, iç mekan

 
A.Tağıyev hesab edir ki, “Ailə TV”-nin internet ötücü qabiliyyəti aşağıdır, avadanlıqları yetərli deyil: 


“Hər dəfəki internet kəsilməsində müxtəlif bəhanələr gətirirlər. Ya kabel dəyişirlər, ya ötyürücü aparatlarda problem yaranır, ya da xətlərində nasazlıq olur. Hesab edirəm bunlar bəhanələrdir və ayda pulunu ödəyən abunəçiyə heç bir aidiyyatı yoxdur. Ödənişi vaxtında ediriksə, qarşılığında internet təminatı tələb etməkdə haqlıyıq. Zəhmət çəksinlər yığılan pullardan kabel də alsınlar, aparat da dəyişsinlər, sistemlərini yeniləyib insanlara doğru düzgün xidmət göstərsinlər. Yox etmirlərsə, açıq formada desinlər ki, bu xidmət işlək deyil, vətəndaş da başının çarəsinə baxsın. Hər ay 11 manatını boşuna onların cibinə qoymasın. Nə çox internet provayder, nə çox şirkət”.


Jurnalist əlavə edib ki, o, “Ailə TV”-nin vətəndaşlara qarşı bu sayğısızlığı ilə bağlı aidiyyatı qurumlara müraciət edəcək.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top