Bakıda kredit təşkilatının ofisinə basqın edildi: bank rəhbəri ölümlə hədələndi — Şok təfərrüat


KRİMİNAL 02 fev 2021, 10:36
Bakının Nərimanov rayonunda kredit təşkilatının ofisinə basqın etməkdə və dələduzluqda ittiham olunan Bahar Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bahar Əliyeva tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibarından suiistifadə etmə və aldatma yolu ilə müştərisi olduğu “Brand Crecit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə Heyətinin sədri Rahil Əhmədova özünü uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan işgüzar bir şəxs kimi təqdim etməklə etibarını qazanıb. O, Rahil Əhmədovun uya özünü də məşğul olduğu xaricdən bahalı avtomobillər üçün ehtiyat hissələrinin və kosmetika məhsullarının Azərbaycana idxalı, satışının təşkil olunması işinə qoşmaqla hər ay stabil şəkildə 1000 manat məbləğində pul qazandıracağını vəd verib.

Bahar Əliyeva Rahil Əhmədovu aldadaraq, 2017-ci ilin oktyabr ayının əvvəlində MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhunbəy Hacıbəyli küçəsi, 109 A ünvanında yerləşən baş ofisindəki xidməti otağında ondan ümumilikdə, 40.000 manat məbləğində pul alıb.

Bahar Əliyeva sonradan həmin pulun 7000 manat məbləğində hissəsini qaytarsa da, qalan 33.000 manat məbləğində hissəsini qaytarmadan ələ keçirib.

Bundan başqa, Bahar Əliyeva müştərisi olduğu “Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhunbəy Hacıbəyli küçəsi, 109 A ünvanında yerləşən baş ofisinə gəlib, aylıq kredit ödənişlərinin gecikdirməsinə dair yaşadığı ünvana müvafiq bildirişi gətirmiş MMC-nin hüquqşünası Sənan Musayev ilə mübahisə edib.

Daha sonra Bahar Əliyeva sanitar qovşağına keçmək adı ilə birinci mərtəbədəki əməkdaşları aldadıb pilləkənlə ikinci mərtəbəyə qalxaraq orada yerləşən mətbəxdəki masanın üzərindən bıçağı götürüb. Sonra dəhlizdən Təşkilatın İdarə Heyətinin sədri Rahil Əhmədovun öz əməkdaşlarını borcun ödənilməsinə dair müvafiq bildiriş məktubunun çatdırılması məqsədi ilə həmin gün onun yaşadığı ünvana göndərməsini cüzi bəhanə göstərməklə heç bir əsaslı səbəb olmadan gücünü nümayiş etdirib, ofisdə MMC-nin rəhbərinin ünvanına ucadan nalayiq söyüşlər söyüb, əlindəki bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələyib.

İstintaq orqanı tərəfindən Bahar Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Bahar Əliyeva 4500 manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan zərərçəkmiş Rahil Əhmədovun nümayəndəsi apelyasiya şikayəti verib. Nümayəndə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişin nümayəndəsinin şikayəti təmin edilib və Nərimanov rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Bahar Əliyevanın barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bu qərardan narazı qalan Bahar Əliyeva kasasiya şikayəti verib. O, kasasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ali Məhkəmənin qərarı ilə Bahar Əliyevanın kasasiya şikayəti təmin edilməyib.

Fariz Məlikli
Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top