İbrahimoviç 10 oyunluq diskvalifikasiya oluna bilər

İDMAN 30 yanvar 2021, 21:56
İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç sərt cəza ala bilər.

"Report" "La Stampa"ya istinadən xəbər verir ki, isveçli hücumçunun "İnter"lə kubok qarşılaşmasında (1:2) rəqib komandanın forvardı Romelu Lukakuya qarşı irqçi ifadələr işlətməsi təsdiqlənərsə, onu 10 oyunluq diskvalifikasiya gözləyir.

Hər iki futbolçu sözügedən görüşdə bir-birini təhqir etdikləri üçün artıq 1 matçlıq cəzalanıblar.

Qeyd edək ki, 1/4 finalda "Milan"ı mübarizədən kənarlaşdıran "İnter" yarımfinalda "Yuventus"a rəqib olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2025, 09:07
25 oktyabr 2025, 08:31
24 oktyabr 2025, 23:57
24 oktyabr 2025, 21:35
Top