Amerikalılar ictimai nəqliyyatda icbari qaydada maska taxacaq

DÜNYA 30 yanvar 2021, 18:54
ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzləri (CDC) koronavirus pandemiyası ilə bağlı vəziyyət səbəbi ilə yerli vaxtla bazar ertəsi gecədən etibarən ictimai nəqliyyatda maska ​​taxmağı məcburi edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-dakı tənzimləyicinin bəyanatında deyilir.

Qeyd olunur ki, məhdudiyyətlər ictimai nəqliyyatda, o cümlədən qatarlarda, metroda, avtobuslarda, taksilərdə və gəmilərdə, eləcə də təyyarələrdə olan sərnişinlərə şamil ediləcək. Eyni zamanda həm ABŞ-a daxil olan və ya çıxanlar, eləcə də ölkə üzrə səyahət edən sərnişinlər maska ​​taxmalıdırlar.

Nəqliyyat işçiləri (sürücülər, konduktorlar və digər işçilər) də maska ​​taxmalı olacaqlar. Tənzimləyici sərnişinin nəqliyyat gözləyərkən, minərkən, səyahət edərkən və ya enərkən maskaların ağızı və burunu tam örtməsini tələb edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top