Ünvanlı dövlət sosial yardımı alanlara ŞAD XƏBƏR

SOSİAL 30 yan 2021, 12:11
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Qeyd edək ki, ünvanlı yardımların məbləği son bir ildə 15,4 faiz artıb və hazırda bir ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 241 manat təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top