AFFA 5 milyon manatdan çox mənfəət əldə etdi

İDMAN 29 yan 2021, 13:03
2020-ci ildə AFFA-nın gəlir və xərcləri açıqlanıb.

"Report"un məlumatına görə, cəmi gəlirlər 22 milyon 803 min 52 manat təşkil edib.

Məbləğin 11 milyon 400 min manatı SOCAR-dan, 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı əsas yığmanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FIFA-dan, 94 min 400 manatı Coco coladan, 63 min 400 manatı UNİCEF-dən, 187 min 322 Paşa Sığortadan, 125 min 636 manatı Procter & Gamble-dən daxil olub. Digər gəlirlər isə 163 min 713 manatdır.

Qurumun cəmi əsas fəaliyyət xərcləri isə 17 milyon 554 min 722 manat təşkil edib.

Beləliklə, əsas fəaliyyət xərclərindən sonra qalıq 5 milyon 248 min 330 manatdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top