"Rusiya Minsk qrupunun iştirakını təmin etməklə inam formalaşdırmağa çalışır"


QARABAĞ 28 yan 2021, 20:51
“Rusiya bu qrupun proseslərdə iştirakını təmin etməklə inam formalaşdırmağa çalışır”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Bu barədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan jurnalistlərə açıqlamasında bildirib: “Biz qısa müddətdə onlarla əlaqə saxlayacağıq. Həmsədrlərin regiona səfərini səbirsizliklə gözləyirik. Bu barədə əlavə açıqlama olacaq”.

Ölkə başçısının da dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Məlumdur ki, Minsk qrupu 30 il ərzində heç bir işə yaramadı, ona görə də bu qurumun “kitabı bağlandı”. Amma Ermənistan rəhbərliyi son çarəni həmsədrlərin yenidən fəallaşmasında görür və bunun üçün əlindən gələni edir.

Müharibənin bitdiyi bir ərəfədə bu qurumun regiona gəlib, “suyu bulandırmaq”da məqsədi nədir?

Demokrat.az xəbər verir ki,  Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, Rusiya Qarabağa girib, sülhməramalı missiyası adı altında torpaqlarımızda işğalçılıq siyasəti aparır:

“Kremlin bölgəni öz təsir dairəsinə alması Qərbdə, xüsusilə ABŞ və Avropada ciddi narahatlıq yaradır. Ona görə də Minsk qrupunun fəallaşmasını görürük. Rusiya Minsk qrupunun proseslərdə iştirakını təmin etməklə inam formalaşdırmağa çalışır. Səfərin baş tutmasının səbəbi budur”.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top