"McDonald`s Azərbaycan"ın restoranlarından birinin qeydiyyata alınmasından imtina olundu

SOSİAL 28 yan 2021, 17:52

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 26-27 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Demokrat.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin tarixdə 7 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər bunlardır:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"MCDONALD`S AZƏRBAYCAN" QSC-nin restoranlarından biri

İctimai iaşə

Sahibkar fəaliyyətə başlamamışdır.

2

Ələsgərov Nasil Pirverdi oğlu

Emal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Nəhmətova Hökümə Burhan qızı

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

4

Quliyev Hafiz Böyükağa oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

5

Hüseynov Novruz Əli oğlu

Pərakəndə satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

6

Məmmədov Vahid Xamməd oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

7

Əzimov Şəfahət Əliş oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top