Anna Akopyanın bu görüntüləri Ermənistanda sərt tənqid edildi — FOTO

DÜNYA 25 yan 2021, 15:20
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının yayılan yeni fotosu Ermənistanda tənqid edilib.

Yeniavaz.com xəbər verir ki, Anna Akopyan müharibədə öldürülmüş ermənilərin ailələrini ziyarət edərkən etdiyi bəzi hərəkətlər Ermənistan cəmiyyəti arasında qıcığa səbəb olub. Erməni bloger Vaqram Petrosyan Akopyanın bəhs edilən fotosunu “facebook” səhifəsində bu sözlərlə paylaşıb:

“Bu sifətə baxın, paltosuna, saç düzümünə, yaxasındakı nişana, geyiminə baxın... Moskvada bir həftəlik “əyləncə”dən sonra müharibədə ölən şəxsin ailəsini gülüşlərlə ziyarət edir. Sanki, “nə etmişiksə yaxşı etmişik”-deyir.

Qeyd edək ki, sosial şəbəkədə Akopyana qarşı çox sayda erməni sərt tənqidlər ünvanlayıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top