Rusiya Azərbaycanla bağlı qadağanı götürdü

İQTİSADİYYAT 22 yan 2021, 20:22
"Rosselxoznadzor" yanvarın 25-dən Azərbaycanın 6 alma istehsal müəssisəsinə və 7 pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verib.

"APA-Economics"in "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top