Naxçıvanda zəlzələ oldu

HADİSƏ 22 yan 2021, 08:30
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Şahbuz stansiyasından 12 km şimal-qərbdə zəlzələ olub.

Bu barədə Demokrat.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top