"Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi" — VİDEO


SİYASƏT 20 yan 2021, 00:57
Milli Məclisin deputatı Arzu Nağıyev Mədəniyyət kanalının “Səhər Çağı” verilişində 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüb.

Trend-in məlumatına görə, A.Nağıyev bildirib ki, 20 Yanvar faciəsi postsovet məkanında azadlıq hərəkatı kimi yadda qalan ən mühüm hadisələrdən biri oldu.

O qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanın Azadlıq hərəkatı, Ermənistanla sərhəddə baş verən hadisələr, ermənilərin Qarabağ iddiası, bunların hamısı bir zəmin idi ki, 90-cı il hadisələri baş versin.

A.Nağıyev bildirib ki, bu hadisələrlə bağlı sovet xüsusi xidmət orqanlarının ssenarisi var idi. Sovet rəhbərliyi faciəni törətməklə Azərbaycan xalqının qürur və mənliyini sındırmaq istəyirdi, lakin onlar buna nail ola bilmədilər: "20 Yanvar faciəsindən sonra 2 milyondan çox insanın Azadlıq meydanına toplaşması dünyaya bir mesaj idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı lazım olan anda yumruq kimi birləşir. Bu gün Şəhidlər Xiyabanı bizim and və ziyarət yerimizdir".
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top