YAP İdarə Heyətinin iclası keçirildi


DAXİLİ SİYASƏT 19 yan 2021, 17:10
Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan Demokrat.az-a bildirilib ki, iclasda YAP İdarə Heyətinin 2020-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti haqqında hesabat, partiyanın 2020-ci il üzrə maliyyə hesabatı, eləcə də İdarə Heyətinin 2021-ci ilin birinci rübünə dair iş planı müzakirə olunaraq qəbul edilib.

İdarə Heyətinin iclasında 2020-ci il fevral ayının 9-da Milli Məclisə seçkilərin keçirilməsində, habelə koronavirus pandemiyasına qarşı mübarizənin aparılmasında Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Prezidentin sərəncamı ilə könüllülər ili elan edilən 2020-ci ildə partiyanın könüllüləri pandemiya ilə mübarizə çərçivəsində 70 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ayrılmış yardımların çatdırılmasını təmin edib.

İdarə Heyətinin iclasında, həmçinin YAP-ın 2020-ci ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olub. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Quvvələrin Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 621 manatı təmir işlərinə, 457 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top