Xankəndiyə kimlər qayıdır?

QARABAĞ 17 yan 2021, 21:56
Qarabağ erməniləri Ermənistanda “qaçqın” olmaqdansa, Xankəndidə quru torpaqda yatıb, yavan çörək yeməyə razıdırlar...

Qarabağa ermənilərin qayıtması prosesi belə görünür ki, yekunlaşır. Rusiya Müdafiə Nazirliyinin yaydığı dünənki məlumata görə, İrəvandan Xankəndiyə son olaraq 177 nəfər gətirilib və bununla da Azərbaycan torpaqlarındakı ermənilərin sayı 49 min 638 nəfər olub.

Bu rəqəmə şübhə ilə də baxa bilərik, çünki ən azından erməniləri sayıb avtobusa sülhməramlılar mindirmir, onları yalnız Laçın koridorundan Xankəndiyədək müşahidə edir. Amma fərz edək ki, Qarabağa qayıdan ermənilərin sayı həqiqətən də deyilən qədərdir. Erməni mənbələrinin iddialarına görə, 6 həftəlik müharibədən əvvəl guya Xankəndində 50 minədək erməni yaşayıb. İndən sonra Qarabağa xüsusi köç olacağını gözləməyə dəyməz, qayıtmaq istəyən qayıdıb. Demək, Əsgəran, Xocavənd və Xocalının bəzi kəndləri daxil cəmi qayıdan… Xankəndi əhalisi qədərdir. Ermənilər iddia edirdilər ki, guya müharibəyədək Qarabağda 150 minədək erməni yaşayıbmış. Ermənilər əlbəttə ki, yalan deyirdilər və 27 sentyabradək torpaqlarımızda məskunlaşmış ermənilərin sayı ən yaxşı halda, 60 mini ötməyib. Bu rəqəm şişirtməsinin səbəbi də aydın idi: ermənilər geniş səlahiyyətli status xülyasında idilər və əhalinin sayını qəsdən artırırdılar. Yaxşı, bəs bu “100 min erməni hara yoxa çıxdı”? Öldülərmi, havayamı buxarlandılar?  Azərbaycan əsgərlərinin düşməndən təmizlədiyi Xocavəndin, Xocalının bəzi kəndlərini, Hadrut qəsəbəsi və Şuşada yaşamış ermənilərin sayını da əlavə etsək, bu rəqəm də ümumi heç 10 mini ötməz. Ən “gözdə şəhərləri” Şuşada noyabrın 8-dək 2 mindən çox erməni yaşamayıb, şəhərin işğaldan sonrakı mənzərəsi də bunu sübut edir.

Məlumatlar onu da göstərir ki, ermənilərin bəziləri Xankəndiyə evlərini satmaq üçün qayıdıblar, amma bu cür elanlar çoxalsa da, təbii ki, alıcı yoxdur. Əsgəranda və Xocalıdakı ermənilərin sayı müharibədən əvvəl də az olub. Müharibədə az zərər görməsinə rəğmən, buraya da  əsasən, məktəbli uşaqları olan ailələr qayıdıblar.

Unutmayaq ki, Qarabağa ermənilərin qayıdışının ciddi psixoloji səbəbi də var. Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasındakı ənənəvi konflikt müharibədən sonra daha da kəskinləşib. Qarabağ erməniləri Ermənistanda “qaçqın” olmaqdansa, Xankəndidə quru torpaqda yatıb, yavan çörək yeməyə razıdırlar. Ona görə Azərbaycana qayıdanların bir çoxu buna sadəcə, məcburdurlar. Bir çoxunun qohumlarının evinə sığınmağa üzü yoxdur, çünki onlar da zəlil Ermənistanda  başlarının zorla saxlayırlar. Dövlət özgə torpağından qaçmış vətəndaşlarına qucaq açmadı. Hadrut və Şuşadan qaçmış ermənilər belə, bir qədər İrəvanda səs-küy salandan sonra onlara yiyə durmadıqlarını görüb, məcburən Qarabağa qayıdıblar. Bunu Xankəndiyə qayıdanlar erməni saytlarına özləri etiraf edirlər.

Ermənistan erməniləri ilə Qarabağdakı ermənilər arasında konflikti baş nazir Nikol Paşinyanla hərbi xidmətə çağırışçıların  anaları ilə görüş də sübut edir. Erməni mənbələri yazır ki, bir neçə saat davam edən görüşdə çağırışçı anaları övladlarının Qarabağa aparılmamasını tələb ediblər. Bu proses yeni deyil, müharibədən əvvəl də Ermənistan erməniləri ancaq kasıb uşaqlarının Qarabağa hərbi xidmətə göndərildiklərini, orada isə yerli komandirlər tərəfindən ən müxtəlif təhqirlərə məruz qaldıqlarını deyirdilər. Müharibədən sonra isə İrəvan erməniləri uşaqlarının əsgərlik xidmətinin yad torpaqlarda, həm də Azərbaycan əsgərinin müşahidə nəzarətində olan Xankəndiyə aparılmasına qarşı çıxırlar. Paşinyanın indilikdə bu cür qərar verməkdə tərəddüd etməsinin səbəbi aydındır.

“Qarabağı satmaqda” günahlandırılan baş nazir indilikdə belə qərar verərsə, bu, erməni müxalifətinin əlində əlavə kozır olacaq. Amma daha bir sual da var: erməni əsgəri Qarabağda harada “xidmət edəcək” ki? Bir ovuc torpaqda qalmış erməni gedib ya rus sülhməramlıları ilə yanaşı əlində avtomat durmalıdır ki, Azərbaycan buna heç cür razı ola bilməz.Ya da özünü hələ də Qarabağda böyük kaka hesab edənlər- Araik Arutyunyanla “təhlükısizlik şurasının katibi” Vitalik Balasanyanın “qoşun”una xidmətçi göndərilməlidirlər ki, onların özünün gələcək taleyi böyük şübhə altındadır.  Ümumiyyətlə, Qarabağda erməni silahlısı ilk növbədə sülhməramlılar üçün təhlükədir ki, bunu yəqin, Rusiya rəhbərliyi də bilməmiş deyil. Paşinyan bu qərarı gec-tez verməyə məcbur olacaq,Qarabağdan erməni əsgərinin ayağı birdəfəlik kəsiləcək. İndi qalır Qarabağ ermənilərinin özlərini Azərbaycan qanunlarına uyğun aparıb-aparmamasına.

60-dək erməni silahlısının Xocəvənd  istiqamətində ələ keçirilməsi Azərbaycanın qanunsuz silahlılar məsələsində qərarlı olduğunu göstərdi. Paşinyan Moskva görüşünə onları geri almaq ümid ilə gəlmişdi, amma əvəzində rədd cavabı aldı. Prezident İlham Əliyevin Ermənistanın hakimiyyət nümayəndələrinə Qarabağa qanunsuz səfərlərlə bağlı xəbərdarlığı, Şuşada isə  Xankəndidə “dəmir yumruq” görmək istəyənlərə sərt sözləri Azərbaycanın Qarabağda yenidən separatizmin, silahlı dəstələrin baş qaldırmasına imkan verməyəcəyini göstərdi. Qarabağa qayıdanlar bu “dəmir yumruğu” unutmamalı, Azərbaycanın ərazi bütövlüyünə bir daha xor baxmamalıdırlar.
 
Ermənistan erməniləri ilə Qarabağdakı ermənilər arasında konflikti baş nazir Nikol Paşinyanla hərbi xidmətə çağırışçıların  anaları ilə görüş də sübut edir. Erməni mənbələri yazır ki, bir neçə saat davam edən görüşdə çağırışçı anaları övladlarının Qarabağa aparılmamasını tələb ediblər. Bu proses yeni deyil, müharibədən əvvəl də Ermənistan erməniləri ancaq kasıb uşaqlarının Qarabağa hərbi xidmətə göndərildiklərini, orada isə yerli komandirlər tərəfindən ən müxtəlif təhqirlərə məruz qaldıqlarını deyirdilər. Müharibədən sonra isə İrəvan erməniləri uşaqlarının əsgərlik xidmətinin yad torpaqlarda, həm də Azərbaycan əsgərinin müşahidə nəzarətində olan Xankəndiyə aparılmasına qarşı çıxırlar. Paşinyanın indilikdə bu cür qərar verməkdə tərəddüd etməsinin səbəbi aydındı

“Qarabağı satmaqda” günahlandırılan baş nazir indilikdə belə qərar verərsə, bu, erməni müxalifətinin əlində əlavə kozır olacaq. Amma daha bir sual da var: erməni əsgəri Qarabağda harada “xidmət edəcək” ki? Bir ovuc torpaqda qalmış erməni gedib ya rus sülhməramlıları ilə yanaşı əlində avtomat durmalıdır ki, Azərbaycan buna heç cür razı ola bilməz.Ya da özünü hələ də Qarabağda böyük kaka hesab edənlər- Araik Arutyunyanla “təhlükısizlik şurasının katibi” Vitalik Balasanyanın “qoşun”una xidmətçi göndərilməlidirlər ki, onların özünün gələcək taleyi böyük şübhə altındadır.  Ümumiyyətlə, Qarabağda erməni silahlısı ilk növbədə sülhməramlılar üçün təhlükədir ki, bunu yəqin, Rusiya rəhbərliyi də bilməmiş deyil. Paşinyan bu qərarı gec-tez verməyə məcbur olacaq,Qarabağdan erməni əsgərinin ayağı birdəfəlik kəsiləcək. İndi qalır Qarabağ ermənilərinin özlərini Azərbaycan qanunlarına uyğun aparıb-aparmamasına.

60-dək erməni silahlısının Xocəvənd  istiqamətində ələ keçirilməsi Azərbaycanın qanunsuz silahlılar məsələsində qərarlı olduğunu göstərdi. Paşinyan Moskva görüşünə onları geri almaq ümid ilə gəlmişdi, amma əvəzində rədd cavabı aldı. Prezident İlham Əliyevin Ermənistanın hakimiyyət nümayəndələrinə Qarabağa qanunsuz səfərlərlə bağlı xəbərdarlığı, Şuşada isə  Xankəndidə “dəmir yumruq” görmək istəyənlərə sərt sözləri Azərbaycanın Qarabağda yenidən separatizmin, silahlı dəstələrin baş qaldırmasına imkan verməyəcəyini göstərdi. Qarabağa qayıdanlar bu “dəmir yumruğu” unutmamalı, Azərbaycanın ərazi bütövlüyünə bir daha xor baxmamalıdırlar.Musavat.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top