Qara dənizdə batan gəmidə ölənlərin sayı artdı — YENİLƏNİB+VİDEO

DÜNYA 17 yan 2021, 18:14
Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin batması nəticəsində dörd nəfər həyatını itirib.

Demokrat.az-ın məlumatına görə, bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

17:20
Qara dənizdə batan gəminin heyət üzvlərindən həlak olanların sayı artıq dördə çatıb.


Bu barədə yerli icra orqanları məlumat yayıb.

Qeyd olunur ki, hava şəraitinə görə xilas etmə əməliyyatı dayandırılıb.

16:41
Türkiyənin Bartın vilayətinin valisi ölkə sahillərində batan gəmidəki 13 ekipaj üzvü əvvəldə qeyd olunduğu kimi Rusiya yox, Ukrayna vətəndaşlarıdır.

“RİA Novosti” batan gəminin Ukraynanın “Tesore Marine” şirkətinə məxsus olduğunu bildirib.

Son məlumatlara görə batan gəminin iki heyət üzvü həlak olub.

15:19

Rusiyanın yük gəmisi Qara dənizin Türkiyə sahillərində batıb.

Anadolu Agentliyinin yaydığı məlumata görə, hadisə Bartın vilayəti bölgəsində baş verib. Hadisənin təfərrüatı barədə hələlik başqa xəbər yoxdur.

Bildirilir ki, Türkiyə tərəfi üç xilasetmə qayığında olan 15 ekipaj üzvünü xilas etmək üçün əməliyyat keçirir.

Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatına mane olur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top