Planetimizin ən zəngin insanının nə qədər pulu var

MARAQLI 10 yan 2021, 10:03
“Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Maskın varidatı ilk dəfə 200 milyard ABŞ dollarını ötüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”ə (BBI) istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Yanvarın 10-a olan məlumata görə, Maskın sərvəti 14,5 milyard ABŞ dolları artıb və 209 milyard dollara çatıb.

Daha əvvəl Mask sərvətinə görə, “Amazon” şirkətinin banisi Ceff Bezosu keçərək dünyanın ən zəngin insanlarının siyahısında ilk dəfə olaraq birinci yerə yüksəlib. Həmin vaxt Maskın sərvəti 195 milyard ABŞ dollarına qədər artıb, Bezos isə 185 milyard dollar kapitalla ikinci sırada qərarlaşıb. Bezos 2017-ci ildən dünyanın ən varlı adamı idi. /report.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top