Azərbaycanın ən intizamsız klubu bəlli oldu

İDMAN 25 dek 2020, 19:19
Azərbaycan Premyer Liqasında cari mövsüm 240 sarı və 15 qırmızı vərəqə göstərilib.

Apasport.az saytının məlumatına görə, mövsümün arxada qalan hissəsinin ən intizamlı komandası “Qarabağ”dır.

Son çempion cəmi 22 cərimə xalı toplayıb. 16 sarı vərəqə alan ağdamlılar iki dəfə meydandan kənarlaşdırılma ilə cəzalanıb.

Ən çox cərimə xalı olan komanda “Zirə”dir. Hamıdan çox – dörd qırmızı vərəqəsi olan qəsəbə təmsilçisi 32 xəbərdarlıq da alıb.

Qırmızı vərəqə ilə cəzalanmayan yeganə komanda “Sumqayıt”dır. Amma “Gənclik şəhəri” təmsilçisi xəbərdarlıq sayında “rekord” vurub – 42.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top