Azərbaycan Türkiyədən 80 milyon manatlıq koronavirus vaksini alır

MALİYYƏ 23 dek 2020, 13:48
Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb.

“Report”un hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, vaksin Türkiyənin “Keymen İlaç” şikrətindən alınacaq. Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək.

Hökumətin qərarına görə, vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq və ilkin mərhələdə “Keymen İlaç” şirkətinə ümumi məbləğin 50 %-i ödəniləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top