ABŞ Azərbaycanı din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil etdi


GÜNDƏM 23 dek 2020, 11:12
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanatı dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Demokrat.az-a bildirilib ki, eyni zamanda ABŞ hökuməti tərəfindən din azadlığın pozulduğu ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

“BDAK-ın bəyanatında komissiya tərəfindən dərc edilən 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılmışdır. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib", - Dövlət Komitəsindən bildirilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top