Abdullah Gül İlham Əliyevi təbrik etdi


XARİCİ SİYASƏT 22 dek 2020, 19:28
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Demokrat.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Əziz qardaşım.

Vətən müharibəsində şanlı mübarizə nəticəsində Qələbə qazanan qəhrəman Azərbaycan Ordusunu, bütün azərbaycanlı qardaşlarımı və Zati-alinizi Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa çatdırması və illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi çətin keçən 2020-ci ildə bizi ən çox xoşbəxt edən hadisəni - Zəfər Gününü qürurla qeyd etməyimizə səbəb oldu.

Zati-alinizin qətiyyətli liderliyi ilə qazanılan bu Zəfər bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu Zəfərin əldə olunması üçün canlarını göz qırpmadan fəda edən üç minə yaxın əziz şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşım, Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzulayıram".


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top