Bu il nazirlik heç kimi mükafatlandırmayacaq — RƏSMİ

İDMAN 22 dek 2020, 15:55
Bu il Gənclər və İdman Nazirliyinin illik yekun tədbiri olmayacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səbəb martdan etibarən əksər beynəlxalq idman yarışlarının koronavirusa görə dayandırılmasıdır. Üstəlik, pandemiya şəraitində hansısa toplantının keçirilməsi də mümkünsüzdür.

Bu səbəbdən fəxri ad almış 41 idman nümayəndəsi öz diplom və serifikatlarını ənənəvi olaraq tədbirdən yox, nazirlikdən götürməli olacaq.

İlin yekunları ilə bağlı tədbirin keçirilməyəcəyini Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da Oxu.Az-a açıqlamasında təsdiqləyib:

“Bəli, bu il tədbir keçirilməyəcək. Bildiyiniz kimi, hər idman ilinin sonunda nazirlik idmançıları mükafatlandırır. Bu dəfə heç bir nominasiya üzrə, o cümlədən ilin idmançısı nominasiyası üzrə qaliblər elan edilməyəcək”.

Qeyd edək ki, yayda futbol, payız aylarından etibarən isə cüdo, sambo, güləş, gimnastika kimi idman növlərində beynəlxalq yarışlar bərpa olunsa da, bunlar tamaşaçısız keçirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top