YapiKredi Müraciət Forması
Hadisə

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək öldü

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək öldü

Bakının Xətai rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, dekabrın 21-də saat 18:00-da Məhəmməd Hadi küçəsindəki 96 nömrəli evdə Şamil İbrahimovun (1988-ci il təvəllüdlü) və Gəncə sakini Emilya Bağırovanın (1981-ci il təvəllüdlü) cəsədləri tapılıb.

Məhkəmə tibbi ekspertizasının ilkin nəticəsinə görə, onlar dəm qazından zəhərlənərək ölüblər.

Faktla əlaqədar istintaq başlanılıb.

Demokrat.az

D
demokrat.az