Ronaldinyonun anası koronavirusa görə reanimasiyaya yerləşdirildi

İDMAN 22 dek 2020, 13:19
İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Dona Miquelina koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə 40 yaşlı keçmiş yarımmüdafiəçi rəsmi tvitter hesabından bildirib.

O, anasının reanimasiyaya yerləşdirildiyini yazıb: "Anam koronavirusa tutuldu. Onun tezliklə yaxşılaşması üçün mübarizə aparırıq. Anam bütün lazımi tibbi yardımıı alır".

Qeyd edək ki, Ronaldinyo oktyabrda koronavirusa yoluxmuşdu. O, Avropada Fransanın PSJ, və İtaliyanın "Milan" klublarında da çıxış edib. Tanınmış futbolçu ölkəsində də bir sıra komandaların formasını geyinib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top