Əsirlərə işgəncə verilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət olundu

SİYASƏT 20 dek 2020, 17:34
Azərbaycanlı əsgərlərin Erməni hərbçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qalması ilə bağlı faktlar ortaya çıxıb, bunu əks etdirən video yayılıb.

Ombudsman aparatından Demokrat.az–a verilən məlumata görə, bu videoda Ermənistan silahlı qüvvələri tərəfindən əsir olaraq ələ keçirilmiş Azərbaycanlı əsgərlərin Erməni hərbçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qaldıqları görünür.

Əsir və girovluqda olan soydaşlarımıza qarşı işgəncə hallarına son verilməsi və onların qaytarılması ilə bağlı Azərbaycan Ombudsmanı mandatı çərçivəsində aidiyyəti beynəlxalq qurumlara müraciətlər edib və bu məsələni davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətində saxlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top