Daha bir qazi ailəsi dəstəklə təmin edilir — FOTO


SOSİAL 20 dek 2020, 12:39
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Həsənov Nail Hənifə oğlu ilə görüşüb, onun və ailəsinin vəziyyəti ilə maraqlanıblar.

Bu barədə Demokrat.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ailə Zaqatalanın Bazar kəndində yaşayır. Nailin həyat yoldaşının istəyinə uyğun olaraq o, növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi və yaxın günlərdə proqram çərçivəsində təsərrüfatı yaradılacaq.

Övladı Hənifəyə ötən ay səhiyyə müəssisəsinin göndərişi əsasında sağlamlıq imkanları məhdudluq və bununla əlaqədar ailəyə aylıq müavinət və təqaüd təyin edilib. Ona reabilitasiya vasitəsi də verilib.

Qazimizin özünün də yaxın günlərdə əlilliyi qiymətləndiriləcək, əlillik dərəcəsi təyin edildiyi halda aylıq təqaüd, həmçinin pensiya və ya müavinətlə təminatı həyata keçiriləcək. Nailin ikinci övladı azyaşlıdır. Ailəyə birdəfəlik yardım verilməsi də təmin olunacaq.
Daha bir qazi ailəsi dəstəklə təmin edilir (FOTO)
Daha bir qazi ailəsi dəstəklə təmin edilir (FOTO) - Gallery Image
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top