Zakir Həsənov Şoyquya başsağlığı verdi

HADİSƏ 19 dek 2020, 22:42
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”, - başsağlığında qeyd olunub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top