Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşı qolu — VİDEO

İDMAN 19 dek 2020, 00:28
PSJ-nin hücumçusu Neymarın “Başakşehir”in qapısına vurduğu qol Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı qolu seçilib.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Braziliyalı hücumçu Türkiyə klubunun qapısına üç qol vurub. Ən yaxşı qol isə görüşün 21-ci dəqiqəsində vurulmuş ilk qol olub.

Səsvermədə ikinci yerə “Real”ın yarımmüdafiəçisi Luka Modriçin Donetsk “Şaxtyor”una vurduğu qol, üçüncü yerə “Barselona”nın hücumçusu Antuan Qrizmanın “Ferentsvaroş”a, dördüncü yerə “Mançester Yunayted”in futbolçusu Bruno Fernandeşin “Başakşehir”ə, beşinci yerə “Bavariya”nın müdafiəçisi Coşua Ximmikin “Lokomotiv”ə, altıncı yerə isə “Krasnador”ın yarımmüdafiəçisi Şapi Süleymanovun “Sevilya”ya vurduğu qol çıxıb.    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top