MDB liderləri koronavirusla mübarizəni müzakirə edəcəklər


XARİCİ SİYASƏT 18 dek 2020, 08:30
Bu gün (18 dekabr – Red) MDB ölkələri liderlərinin növbəti sammiti keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, videokonfrans formatında keçiriləcək sammitdə əsas müzakirə mövzusu koronavirusun yayılmasına qarşı mübarizə olacaq.

Sammitdə liderlər MDB çərçivəsində siyasi, ticarət-iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırırlar. Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı təsir məsələləri də nəzərdən keçiriləcək.

Bundan əlavə, liderlər aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

İclasdan sonra MDB-nin gələcək inkişafı üçün yenilənmiş konsepsiya təsdiqlənəcək, BMT-nin yaradılmasının 75-ci ildönümü münasibətilə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq barədə birgə bəyanatlar və bir sıra digər sənədlər qəbul ediləcək.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top