Koronavirusa yoluxan Xalq artistinin səhhəti pisləşdi

ŞOU-BİZNES 17 dek 2020, 18:14
Xalq artisti Sabir Əliyev koronavirus infeksiyasına yoluxub.

Demokrat.az xəbər verir ki, xanəndənin səhhəti bu günlərdə daha da ağırlaşıb.

Ailəsi bildirib ki, S.Əliyev hazırda Kürdəxanı qəsəbəsində xəstəxanalardan birinə yerləşdirilib.

Onlar müalicənin yaxşı aparılmadığından xanəndənin səhhətinin daha da pisləşdiyini deyiblər.

“Lazımi qurumlardan Sabir Əliyevin daha yaxşı xəstəxanaya yerləşdirilməsinə kömək edilməsini xahiş edirik”,- deyə, ifaçının yaxınları bildirib.(axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top