Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi

HADİSƏ 17 dek 2020, 10:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir müddət əvvəl işdən çıxarılan vəzifəli şəxsi rüşvətə görə həbs edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nazirliyin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin rəisi Məmmədov Oruc Nüsrət oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində istintaq davam etdirilir.

Qeyd edək ki, O.Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top