Ərdoğan: “Türkiyə hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb”

DÜNYA 16 dek 2020, 17:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niğde-Ankara avtomobil yolunun açılışında çıxışı zamanı deyib ki, Müdafiə sənayesinin inkişafı ilə bağlı sevindirici xəbərlərimiz var.

Bu barədə “Haber Global” məlumat verib.

“Müdafiə sənayemizdən yeni yaxşı xəbərlər alırıq. ASELSAN və ROKETSAN tərəfindən inkişaf etdirilən ilk yerli və milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR-A-nın son qəbul testi envanterə girmədən əvvəl həyata keçirilib”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, son testlər bir neçə ay gecikib, normal şərtlərdə xaricdən tədarük olunan hissəyə embarqo qoyulub.

“Yerli hissəni qısa müddətdə inkişaf etdirdik, raketlə birləşdirdik və qısa müddətdə nəticə əldə etdik”, - deyə o əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top