Zöhrə Abdullayeva: "Danışmağa taqətim belə yoxdur..."

ŞOU-BİZNES 16 dek 2020, 15:39
Övladını itirdikdən sonra iki ildir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Əməkdar artist Zöhrə Abdullayevanın doğum günüdür.

Demokrat.az xəbər verir ki, müğənni övladından sonra yaşamadığını bildirib:

“Oğlumdan sonra nə doğum günü keçirəcəm ki? Həyatda yaşayıram ki, doğum günüm də olsun. Altı aydır xəstəyəm, müalicə olunsam da, hələ ki, heç bir irəliləyiş yoxdur. Danışmağa taqətim belə yoxdur”.

Sənətçi doğulduğu Şuşa rayonunun işğaldan azad edilməsinə isə hələ də inana bilmədiyini deyib:

“Ayağım Şuşa torpağına dəyməsə, doğma yurdumun işğaldan azad edildiyinə inanmaram”.(moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top