Azərbaycan və Türkiyə yeni qaz xəttinin tikintisinə dair memorandum imzaladı

SƏNAYE VƏ ENERGETİKA 15 dek 2020, 18:14
Ankarada "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair anlaşma memorandumu" imzalanıb.

Demokrat.az xəbər verir ki, sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz tərəfindən imzalanıb.

Hər iki nazir Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamikasından, həmçinin energetika sahəsində əməkdaşlığın böyük nəticələrindən, imzalanan sənədin tarixi əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “BOTAŞ” şirkəti həyata keçirəcək. Kəmərin uzunluğu 85 km, illik nəqletmə gücü isə 500 mln. kubmetr təşkil edəcək.

Türkiyə-Naxçıvan kəmərinə qaz TANAP-dan ötürüləcək.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir./APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top