Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi — VİDEO

MARAQLI 14 dek 2020, 22:16
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dahi şairimiz Əhməd Cavadın şeirini səsləndirib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Qafqaz İslam Ordusunu Bakıya 18 km məsafədəki Güzdəkdə qarşılayan Azərbaycan himninin yazarı Əhməd Cavad hislərini bu cür misralara töküb:

Dağa, daşa sancağını öpdürüb,

Duman kimi bu dağları bürüdün.

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə.

Qardaşlığın fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda iman sənə yol açdı,

Sən o yoldan muradına irişdin.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə”, - deyə R.T.Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top