Morqda ayılan əsgər vəfat etdi

HADİSƏ 14 dek 2020, 20:45
Xəbər verdiyimiz kimi, bir müddət öncə morqa aparılan azərbaycanlı əsgərin dirildiyi xəbərini vermişdik.

Məlumata görə həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub. Bildirilir ki, o, Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.

Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilir və əsgər yoldaşları tərəfindən morqa aparılır. 2 gün morqda qaldıqdan sonra, 3-cü gün digər valideyinlər öz nəəşlərini təhvil götürməyə gəldikdə Elxanın "Xırıltısını " eşidiblər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparmaq qərarına gəliblər. Xəstəxanaya aparılarkən maşını minaya düşüb və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb, lakin daha da ağır yaralanıb. Elxan, Bakı şəhərində reanimasiyada koma vəziyyətində yatırdı.

Elxan ötən gün koma vəziyyətindən çıxa bilməyib, nəticədə dünyasını dəyişib.

Allah rəhmət eləsin. /Sonxəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top